Fyuçers Müqaviləsi

aktivi gələcəkdə müəyyən tarixdə və müəyyən qiymətə almaq və ya satmaq öhdəliyini əks etdirən standartlaşdırılmış müqavilə.
Fyuçers Qiyməti
Geniş Açılış
OBASTAN VİKİ
Fyuçers Müqaviləsi
Fyuçers müqaviləsi yaxud Birja əqdi (qısaca fyuçers) — müəyyən edilmiş tarix də müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə alınması və ya satılması haqqında öhdəliyi təsbit edən standartlaşdırılmış birja müqaviləsini ifadə edən qiymətli kağızdır. Fyuçers müəyyən məhsul partiyasının sövdələşmə anında hər iki tərəfi qane edən qiymətlə alınması üçün müqavilədir, məhsul özü isə satıcı tərəfindən kifayət qədər uzun müddət sonra təqdim olunur. Fyuçers fond bazarında sövdələşmə obyekti olan ikinci dərəcəli qiymətli kağızdır. Fyuçers müqavilələrini alıb-satan şəxsləri hecerlər və spekulyantlar adlandırmaq olar. Hecerlər əsasən riskin azaldılması üçün fyuçers sövdələşmələrində iştirak edirlər, belə ki onlar aktivi öz biznesləri çərçivəsində ya istehsal, ya da istifadə edirlər. Spekulyantlar isə qısa müddət ərzində gəlir əldə etmək məqsədilə fyuçers müqvilələri bağlayırlar. Fyuçers müqavilələrinin bağlandığı əsas məhsullar buğda, qiymətli və rəngli metallar, neft və neft məhsullarıdır. 1970-ci ildən əsas birjalarda xarici valyuta, fiksə olunmuş gəlirlə qiymətli kağızlar və bazar indeksləri üzrə maliyyə fyuçers müqavilələri tətbiq olunmağa başlandı. Ticarətin həcminə görə onlar hazırda baza aktivləri və ənənəvi fyuçers müqavilələrindən daha mühüm əhəmiyyətə malikdirlər. Maliyyə aktivləri bazarında fyuçers müqaviləsi iki sərmayəçi arasında olan müqavilədir, ona əsasən sərmayəçilərdən biri müqavilənin bitmə müddətinə digər sərmayəçiyə öncədən razılaşdırılmış qiymətə müəyyən miqdarda qiymətli kağız satmağı (və ya almağı) öz öhdəsinə götürür.
Fyuçers
Fyuçers müqaviləsi yaxud Birja əqdi (qısaca fyuçers) — müəyyən edilmiş tarix də müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə alınması və ya satılması haqqında öhdəliyi təsbit edən standartlaşdırılmış birja müqaviləsini ifadə edən qiymətli kağızdır. Fyuçers müəyyən məhsul partiyasının sövdələşmə anında hər iki tərəfi qane edən qiymətlə alınması üçün müqavilədir, məhsul özü isə satıcı tərəfindən kifayət qədər uzun müddət sonra təqdim olunur. Fyuçers fond bazarında sövdələşmə obyekti olan ikinci dərəcəli qiymətli kağızdır. Fyuçers müqavilələrini alıb-satan şəxsləri hecerlər və spekulyantlar adlandırmaq olar. Hecerlər əsasən riskin azaldılması üçün fyuçers sövdələşmələrində iştirak edirlər, belə ki onlar aktivi öz biznesləri çərçivəsində ya istehsal, ya da istifadə edirlər. Spekulyantlar isə qısa müddət ərzində gəlir əldə etmək məqsədilə fyuçers müqvilələri bağlayırlar. Fyuçers müqavilələrinin bağlandığı əsas məhsullar buğda, qiymətli və rəngli metallar, neft və neft məhsullarıdır. 1970-ci ildən əsas birjalarda xarici valyuta, fiksə olunmuş gəlirlə qiymətli kağızlar və bazar indeksləri üzrə maliyyə fyuçers müqavilələri tətbiq olunmağa başlandı. Ticarətin həcminə görə onlar hazırda baza aktivləri və ənənəvi fyuçers müqavilələrindən daha mühüm əhəmiyyətə malikdirlər. Maliyyə aktivləri bazarında fyuçers müqaviləsi iki sərmayəçi arasında olan müqavilədir, ona əsasən sərmayəçilərdən biri müqavilənin bitmə müddətinə digər sərmayəçiyə öncədən razılaşdırılmış qiymətə müəyyən miqdarda qiymətli kağız satmağı (və ya almağı) öz öhdəsinə götürür.
Gəncə müqaviləsi
Gəncə müqaviləsi (rus. Гянджинский договор) — 1735-ci il martın 21-də Rusiya ilə Səfəvi nümayəndələri arasında imzalanmış müqavilə. Bu müqavilənin şərtlərinə əsasən rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edir, burada əvvəlki inzibati idarə üsulu bərpa olunurdu. Gəncə müqaviləsi rus tacirlərinin Səfəvi ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq etdi. == Müqavilənin tarixi və şərtləri == Müqavilə 10 mart 1735-ci ildə Səfəvilər tərəfdən Nadir xan Əfşar, Çar Rusiyası tərəfdən isə knyaz Sergey Qolitsın tərəfindən imzalanmışdı. Müqavilənin imzalandığı ildə Nadir xan Gəncə qalasını mühasirəyə almışdı və Osmanlı qüvvələri ilə döyüşlər gedirdi. Razılığa da elə Gəncə yaxınlığında Nadir xanın düşərgəsində gəlinmişdi. Lakin 1747-ci ildə Nadir xanın ölümündən sonra Rəşt müqaviləsi və Gəncə müqaviləsi ləğv olundu. Müqavilənin şərtlərinə görə Nadir xan Rusiyanın düşmənlərini öz düşməni hesab edir və qaytarılan torpaqları bir də heç vaxt Osmanlılara verməməyi öz üzərinə götürürdü. Rusiya isə 19–21 mart 1735-də bütün Xəzəryanı vilayətlərdən (Kürün axarından Dərbəndədək) birdəfəlik çıxmağa razı oldu.
Herat müqaviləsi
Herat müqaviləsi — Qaraqoyunlular və Teymurilər arasında bağlanmış sülh müqaviləsi. == Tarixi == Qaraqoyunlu hökmdarı Cahan şah Teymuri Sultan Şahruxun 1447-ci ildə ölümündən sonra Teymuri şahzadələri arasında hakimiyyət uğrunda baş verən mübarizədən istifadə edərək 1450-ci illərdə Əcəm İraqını, bütün Qərbi İranı və Şərqi İranın bir hissəsini ələ keçirdi. Cahanşah 1458-ci ilin iyulunda irəliləyərək Xorasanı da ələ keçirdi və Teymurilərin paytaxtı Herata daxil oldu. Lakin burada möhkəmlənə bilmədi. Teymuri sultanı Əbu Səidlə sülh müqaviləsi bağlayan Cahanşah Xorasanı Teymurilərə güzəştə getdi, digər bölgələr isə Qaraqoyunlu hakimiyyəti altında qaldı.
Hotin müqaviləsi
Xotin müqaviləsi, 9 oktyabr 1621-ci ildə Osmanlı imperiyası ilə Reç Pospolita arasında imzalanmış sülh müqaviləsidir. 1620-1621-ci illər Osmanlı-Reç Pospolita müharibəsini başa çatdıran müqavilədir. Reç Pospolita Valaxiya və Moldavianın işlərinə qarışdıqdan sonra Osmanlı imperiyası Reç Pospolitaya qarşı müharibə başlatdı. Sultan Gənc Osmanın komandanlığı altında 200 000 əsgərdən ibarət ordu Reç Pospolitanın əlindəki Hotin qalasını mühasirəyə aldı. Osmanlı ordusu dəfələrlə hücum etsə də, Hotin qalasını ala bilmədi. Qaraman bəylərbəyi Doğancı Ali Paşa, üç gün ərzində Hotin qalasının Dnepr çayından toplarla atəşə tutdu. Nəticə əldə edə bilmədikdə Polşa ordusunun üstünə yürüş başlandı. Ancaq güclü artilleriya atəşlərinə görə geri çəkilməli oldular. Demək olar ki, Polşa batalyonu ələ keçirilirdi, ancaq yeniçərilər müharibədən imtina edib yaxınlıqdakı kəndləri talan etməyə başladılar. Polşa əsgərləri fürsətdən istifadə edib əks hücuma keçdilər.
Hudeybiyyə müqaviləsi
Hüdeybiyyə sülhü (ərəb. الحدیبیّة‎) — hicri VI (M.628/mart)ildə Hüdeybiyyə adlanan bir məntəqədə Hz. Peyğəmbərlə məkkə müşrikləri arasında bağlanmış bir sülh müqaviləsidir. Həcc mərasimlərini yerinə yetirmək üçün Məkkəyə yollanan müsəlmanlar Qureyş müşrüklərinin qadağası ilə üzləşdilər, Hz. Peyğəmbər Qüreyş müşrikləri ilə danışıqlar aparmaq qərarına gəldi və bunun üçün ilk olaraq Ömər ibn Xəttabı seçdi. Ancaq O, getməkdən imtina edib Osman ibn Əffanın getməsini təklif etdi, Osmanın getməsindən və öldürülməsi barədə yayılan şayiələrdən sonra hz. Peyğəmbər müsəlmanlara Rizvan beyəti kimi tanınan bir müqavilə bağladı. Tərəflər arasındakı danışıqlardan sonra nəhayət, tərəflər arasında on illik barışığı təmin edən Hüddeybiyyə Barışıq Sazişi bağlandı və müsəlmanlar o il Mədinəyə qayıtdılar ki, növbəti il Ümrə ziyarətini yerinə yetirmək üçün Məkkəyə gəlsinlər. == Müsəlmanların Həccə getmək əzmi == Hz. Peyğəmbər hicrətin VI ilində səhabələri ilə birlikdə Məkkəyə getdiyini və Allahın evini ziyarət etdiyi yuxusunda gördü.
Jitvatorok müqaviləsi
Jitvatorok müqaviləsi 11 noyabr 1606-cı ildə Osmanlı imperiyası ilə Avstriya hersoqluğu arasında 1593-1606-cı illər Osmanlı-Avstriya müharibəsinə son qoyan sülh müqaviləsidir. Osmanlı imperiyası və Avstriya hersoqluğu 15 il davam edən uzun müharibədən sonra yorulmuşdular. Bundan əlavə, Osmanlı imperiyasında Cəlalı üsyanları başlamışdı. Danışıqlara Dərviş Paşa rəhbərlik edirdi. I Əhməd Avstriya kralının ona bərabər tutulmasını əvvəldən qəbul etməmişdi. Ancaq Cəlali üsyanları və bu şərtin yalnız kağız üzərində qalacağını düşündüyü üçün bu şərti qəbul etmişdi. Sultan I Əhməd və Avstriya adından hersoq II Rudolf tərəfindən, Esterqon və Komorin arasındakı Zsitva çayının Dunay çayına töküldüyü yerdə imzalanmışdır. Müqaviləyə əsasən: Eqri, Esztergom və Kanije qalaları Osmanlıların, Raab (Yanikkale) və Komárom qalaları avstriyalıların əlində qalırdı. Avstriya Osmanlı imperiyasına birdəfəlik 200.000 qızıl müharibə təzminatı ödəməliydi. Avstriya hersoqu Osmanlı sultanı ilə bərabər sayılırdı.
Kadeş müqaviləsi
Kadeş müqaviləsi və ya Misir-Het sülhü — eramızdan əvvəl XIII əsrin əvvəlində Misir hökmdarı II Ramzeslə Het hökmdarı Hattuşili arasında imzalanan Kadeş sülhü yazılı tarixdə məlum olan ilk sülh müqaviləsi kimi önəmli yer tutur. Sülh Akkad və Misir dillərində imzalanmışdı. Gümüş lövhə üzərində akkadca cızılan mətn Misirə göndərilmiş, lakin indiyədək o nümunə tapılmamışdır. Lövhə daha sonra Misir dilinə çevrilərək Karnakdakı məbəd divarlarına həkk edilmişdir. Eyni mətnin nümunələri Göbəşyeyən kəndində arxivində tapılmışdır. Bir növ hücum etməmək haqqında bağlanan sülhə görə, hər iki başçı bir-birilərinə qarşı daha savaşmayacaq və lazım gələrsə, ümumi düşmənə qarşı müttəfiq olacaqdı. Günahkarların öz ölkələrinə geri qaytarılması məsələsində də razılığa gəlinmişdi. Bu anlaşmanın Misir və Het nümunələrinin tapılması qədim dövr tarixşünaslığının ən gözəl tapıntılarından sayılır. Sülh müqaviləsi, böyük ehtimal ki, ortaq bir komissiyanın fəaliyyəti nəticəsində ərsəyə gəlmiş və ilk təklifin Het hökmdarından gəldiyi düşünülür. Hattuşili Ramzesə yazırdı: "Qardaşım üçün gümüş lövhə hazırlatdım və ona göndərdim.
Kalmar müqaviləsi
Kalmar müqaviləsi (1397–1523) — üç Skandinaviya krallığı olan İsveç, Danimarka və Norveçi birləşdirən müqavilə. 25 sentyabr 1397-ci ildə üç krallığın nümayəndələri arasında imzalanmışdır, nəticədə hər üç krallığın bir monarx tərəfindən idarə olunduğu Kalmar İttifaqı yaradılmışdır. Müqavilə hər krallığın müxtəlif hüquqi strukturlarını birləşdirmirdi. İsveç kralı I Qustav 6 iyun 1523-cü ildə Kalmar İttifaqını tərk etmiş, beləliklə müqavilə süquta uğramışdır.
Karlovitsa müqaviləsi
Karlovitsa müqaviləsi — 26 yanvar 1699-cu il tarixində Osmanlı ilə əvvəl Müqəddəs Roma-Alman İmperatorluğu olan digər Müqəddəs İttifaq dövlətləri (Avstriya, Venesiya və Reç Pospolita) arasında imzalanmış sülh müqaviləsi. Türk tarixşünaslığında Osmanlı imperiyasının "geriləmə dövrü"nün başlanğıcı hesab olunur. Karlovitsa bugünkü (alm. Karlowitz‎, serb. Сремски Карловци (Sremski Karlovci)) Serbiyanın sərhədləri daxilində olan kiçik bir qəsəbədir. Müqavilə 1683–1698-ci illəri əhatə edir. == Arxa plan == Sultan II Mustafa öndərliyində Osmanlılar Avstriya imperiyası üzərinə üç böyük səfər təşkil etmişdirlər. Papa XI Innoketti 1684-cü ildə Osmanlı İmperiyasına qarşı "Müqəddəs (Liqa) İttifaq" adı altında Avstriya, Reç-Pospolita və Venesiyadan ibarət ittifaq yaratmış və 1686-cı ildə bu ittifaqa Rusiya da qatılmışdı. Transilvaniyada (Rumıniyanın vilayətlərindən biri) baş verən bir sıra döyüşlər zamanı venesiyalılar Moreya və Dalmaçiyaya hücum etdilər. Uzun müddətli döyüşlər Osmanlı imperiyasını zəiflətmişdi.
Karloviç müqaviləsi
Karlovitsa müqaviləsi — 26 yanvar 1699-cu il tarixində Osmanlı ilə əvvəl Müqəddəs Roma-Alman İmperatorluğu olan digər Müqəddəs İttifaq dövlətləri (Avstriya, Venesiya və Reç Pospolita) arasında imzalanmış sülh müqaviləsi. Türk tarixşünaslığında Osmanlı imperiyasının "geriləmə dövrü"nün başlanğıcı hesab olunur. Karlovitsa bugünkü (alm. Karlowitz‎, serb. Сремски Карловци (Sremski Karlovci)) Serbiyanın sərhədləri daxilində olan kiçik bir qəsəbədir. Müqavilə 1683–1698-ci illəri əhatə edir. == Arxa plan == Sultan II Mustafa öndərliyində Osmanlılar Avstriya imperiyası üzərinə üç böyük səfər təşkil etmişdirlər. Papa XI Innoketti 1684-cü ildə Osmanlı İmperiyasına qarşı "Müqəddəs (Liqa) İttifaq" adı altında Avstriya, Reç-Pospolita və Venesiyadan ibarət ittifaq yaratmış və 1686-cı ildə bu ittifaqa Rusiya da qatılmışdı. Transilvaniyada (Rumıniyanın vilayətlərindən biri) baş verən bir sıra döyüşlər zamanı venesiyalılar Moreya və Dalmaçiyaya hücum etdilər. Uzun müddətli döyüşlər Osmanlı imperiyasını zəiflətmişdi.
Kirmanşah müqaviləsi
Kirmanşah müqaviləsi — Səfəvilər və Osmanlı dövləti arasında bağlanmış sülh müqaviləsi. == Kirmanşah müqaviləsinin bağlandığı tarixi şərait == XVIII əsrin 30-cu illərində Azərbaycanda siyasi vəziyyət kəskin şəkildə dəyişmişdir. Ölkə ərazisi Osmanlı və Səfəvi imperiyaları arasında gedən qanlı mübarizə meydanına çevrilmişdir. Ərazisinin bir hissəsi əfqan tayfaları, digər bir hissəsi (Xəzəryanı vilayətlər) Rusiya tərəfindən işğal edilmiş Səfəvi dövlətinin qərb hissəsini Osmanlılar zəbt etdikdən sonra onun bir dövlət kimi varlığı üçün ciddi bir təhlükə yaranmışdır. Şah II Təhmasib (1722-1732) və yerli feodallar dövlətin taleyi haqqında düşünməli oldular. Düşmənlərə qarşı mübarizədə yeganə çıxış yolu qüvvvələrin birləşdirilməsi idi. Bu mühüm vəzifəni Əfşar tayfasından olan Nadir xan öz üzərinə götürmüşdür. 1730-cu ildə o, əfqanları ölkədən qovaraq Heratı ələ keçirdi. Bu qələbə Nadirin nüfuzunu xeyli artırdı. == Osmanlı imperiyası ilə müharibə == Nadir xan 1730-cu ildə Osmanlı imperiyasına qarşı müharibəyə başladı.
Kredit müqaviləsi
Kredit müqaviləsi — Kommersiya bankı və ssuda alan arasında imzalanan saziş. Həmin sazişə əsasən, bank müddətlilik, qaytarılma və ödəmə şərtləri ilə borc alana razılaşdırılmış məbləğdə kredit təqdim etməyi öhdəsinə götürür, borc alan isə alınmış məbləği təyinatı üzrə istifadə etməyi və müəyyən edilmiş müddətdə qaytarmağı (şərtləşdirilmiş faizləri ödəməklə) öhdəsinə götürür. Adətən, kredit müqaviləsi aşağıdakı əsas bölmələrdən ibarət olur: Razılığa gələn tərəflərin adlarının olduğu preambula Kreditin məqsədi, həcmi, istifadə olunma müddəti və ödəniş tarixi. Bu bölmədə istənilən kreditin dəqiq məqsədi qeyd edilir, çünki Rusiya qanunvericiliyinə əsasən, kreditin məqsədli istifadəsinə nəzarət bütünlüklə kommersiya bankına həvalə olunur, kreditin müəyyən məqsəd üçün istifadə olunmaması kredit müqaviləsinin qüvvəsinin dayanması və bankın kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı tələbi üçün əsas kimi çıxış edir. Bundan əlavə, bu bölmədə kreditin istifadə müddəti və dəqiq ödəniş tarixi göstərilir, çünki borc alan krediti müəyyən edilmiş tarixdə ödəmədikdə bankın ona qarşı tətbiq edəcəyi cərimə sanksiyaları qüvvəyə minir. Kreditdən istifadəyə görə ssuda faizi, həmin faizin ödənilməsinin qaydası və müddəti və faiz dərəcəsinin dəyişmə qaydası. Kredit müqaviləsinin bu bölməsi bankın ssuda alanla qarşılıqlı münasibətlərində ən mühüm bölmədir, əsas fikir ayrılıqları adətən bu bölmə ilə əlaqədar yaranır. Banklar tez-tez kredit müqaviləsinə dəyişiklik etmək zərurəti ilə üzləşir, bu dəyişikliklər kreditdən istifadəyə görə faiz dərəcəsinin artması ilə bağlıdır. Bəzən banklar öz müştərilərinə faiz dərəcəsinin dəyişməsi haqqında yazılı bildiriş göndərməklə kifayətlənirlər. Nəzərə almaq lazımdır ki, müqavilədə nəzərdə tutulmuş hallar istisna olunmaqla, müqavilənin şərtlərinin birtərəfli dəyişdirilməsi yolverilməzdir.
Kürəkçay müqaviləsi
Kürəkçay müqaviləsi (rus. Кюрекчайский договор) — Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsi barədə müqavilə. == Müqaviləyə qədər siyasi şərait == Rusiya imperiyasının XIX əsrin başlanğıcından Azərbaycan torpaqlarını yeni işğal cəhdi faktik olaraq müharibəyə çevrilmişdi. Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) silah gücünə işğal edilmişdi. Qafqazdakı rus qoşunlarının baş komandanı Pavel Sisianov Gəncənin işğalından sonra Qarabağ xanlığına hərbi-diplomatik təzyiq göstərməyə başlamışdı. Sisianovun qarabağlı İbrahimxəlil xan (1763-1806) ilə yazışmalarından, danışıqlarda vasitəçilik edən gürcü zadəganı İvan Corayev və mayor Lisaneviçə göstərişlərindən aydın olur ki, xan müqavilənin əlverişli şərtlərlə bağlanmasına çalışmışdır. Nəhayət, 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi imzalanmışdır. Çarizmin Kürəkçayadək Cənubi Qafqaz hakimləri ilə bağladığı müqavilələrdən, bu və ya digər dövlət qurumlarının ilhaqına dair şərtlər, onların ləğvi haqqında direktiv sənədlər (Rusiya ilə Quba xanlığı arasında 1782-ci il müqaviləsi, Kartli-Kaxeti çarlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi, I Pavelin 1801-ci il yanvar və I Aleksandrın 12 sentyabr manifestləri, Quba xanlığı və digər hakimlərlə 1802-ci il Georgiyevsk müqaviləsi, Car-Balakən andlı öhdəliyi, Gəncə ilə döyüş ərəfəsində irəli sürülən şərtlər, Qərbi Gürcüstanın knyazlıq və çarlıqları ilə münasibətlərə dair müqavilələri və b.) nəzərdən keçirildikdə aydın olur ki, onun bağlanılması zamanı bəzi istisnalarla məhz 1783-cü il Georgiyevsk müqaviləsinin başlıca müddəaları əsas götürülmüşdür. Faktlar sübut edir ki, İbrahim xan onun şərtləri ilə yaxından tanış idi.
Lissabon müqaviləsi
Lissabon müqaviləsi (rəsmi adı — «Roma müqaviləsinə və Avropa Birliyi haqqında Maastrixt sazişinə dəyişikliklər edilməsi barədə Lissabon müqaviləsi », ing. Treaty of Lisbon amending the Treaty on European Union and the Treaty establishing the European Community) — 13 dekabr 2007-ci ildə Lissabonda Jeronimuşda Avropa Birliyinin sammitində imzalanmış beynəlxalq müqavilə. Avropa Birliyini idarəetməsində islahatlar etmək məqsədi ilə qüvvəyə minməmiş Avropa Birliyi Konstitusiyasını əvəz etmək və AB-nin qüvvədə olan sazişlərinə düzəlişlər etmək üçün imzalanıb. == Mənbə == Q&A: The Lisbon Treaty – BBC News The 'Treaty of Lisbon' Arxivləşdirilib 2007-08-23 at the Wayback Machine – EurActiv The EU following the Lisbon Treaty – Eur-charts visualization Церемония подписания Лиссабонского договора [1] Arxivləşdirilib 2008-03-15 at the Wayback Machine (video) Лиссабонский договор на языках ЕС [2] Консолидированные тексты учредительных договоров без учета Лиссабонского договора (на 29.12.2006) [3] Arxivləşdirilib 2019-06-03 at the Wayback Machine Консолидированные тексты учредительных договоров с учетом Лиссабонского договора [4] Arxivləşdirilib 2016-12-30 at the Wayback Machine Саркози Н. Реформа ЕС: что нам нужно сделать. // Третий путь. 25.04.2007. [5] Arxivləşdirilib 2008-04-13 at the Wayback Machine Смирнов В. Мини-Конституция для макси-Европы. // Вся Европа. № 11 (16) 2007. [6] Соколов С. Еврореформконституция.
Lomé Müqaviləsi
Lome müqaviləsi və ya Lome konvensiyası Avropa İqtisadi Cəmiyyətini və Afrika, Karib və Sakit okean ölkələri arasında imzalanmış ticarət və yardım müqaviləsidir. İlk dəfə 1975-ci ildə Qərbi Afrikada yerləşən Toqo Respublikasının paytaxtı olan Lome şəhərində imzalanıb. 1976-cı ilin aprelində qüvvəyə minmiş ilk Lome Konvensiyası (Lome I) o vaxtkı Avropa İqtisadi Birliyi (AİB) ilə inkişaf etməkdə olan Afrika, Karib və Sakit okean ölkələri (AKSOÖ), xüsusən də keçmiş Britaniya, Hollandiya, Belçika və Fransa koloniyaları arasında əməkdaşlığın yeni çərçivəsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Onun iki əsas aspekti var idi: O, AKSOÖ-nün kənd təsərrüfatı və mineral ixracatının əksəriyyətinin AİB-yə rüsumsuz daxil olmasını təmin edirdi. AİB kənd təsərrüfatı ilə rəqabətdə şəkər və mal əti kimi məhsullar üçün kvota sisteminə əsaslanan imtiyazlı giriş razılaşdırıldı. İkincisi, AİB AKSOÖ ölkələrinə yardım və investisiya üçün Avropa Hesablama Birliyinə (AHB) 3 mlrd. avro vəsait ayırmağı öz öhdəliyinə götürdü. Konvensiya yenidən müzakirə edilib və üç dəfə yenilənib. II Lome (1981-ci ilin yanvarından 1985-ci ilin fevralına qədər) - Avropa Hesablama Birliyi yardım və investisiya xərclərini 5,5 milyarda qədər artırdı. III Lome 1985-ci ilin martında (ticarət müddəaları) və 1986-cı ilin mayında (yardım) qüvvəyə minib və 1990-cı ildə başa çatıb; AHB-nin öhdəliklərini 8,5 milyard avroya artırdı.
London müqaviləsi
London müqaviləsi (ing. Trearty of London) — 1604-cü ilin 28 avqustunda (Yuli təqvimi ilə 18 avqust) London şəhərində İngiltərə və İspaniya arasında imzalanan sülh müqaviləsi. Müqavilə İngiltərə ilə İspaniya arasındakı müharibəni bitirmişdir. Müqavilənin müzakirələri Somerset Evində aparıldığından Somerset Evi Konfransı adı ilə xatırlanır. == Haqqında == İngiltərə kraliçası I Elizabetin 1603-cü ildəki ölümündən sonra yerinə keçən I Ceyms İspaniya ilə davam edən uzun və yorucu müharibəni bitirmək məqsədilə işlərə başladı. İspaniya İmperatorluğunun qurucusu olan II Filippin dövründə başlayan müharibədə həmin dövrdə orduya komandanlıq edən İspaniya kralı III Filipp bu xəbəri məmnuniyyətlə qarşılamış və danışıqlara başlamaq əmri vermişdir. İngiltərə-İspaniya müharibəsi Fransız Din müharibələri, Hollandiyadakı Səksənillik müharibə, İrlandiyadakı Doqquz il müharibəsi ilə əlaqəli olub qarışıq müharibədir. == Şərtləri == Müqavilənin imzalanması ispanlar üçün xeyli üstünlük gətirirdi. İngilislər bir daha İspaniyanın ticarət gəmilərinə hücum etməyəcək və üsyançı hollandlara silah yardımı etməyəcəkdilər. Amma bunun qarşılığında İspaniya İngiltərəyə yenidən katolik məzhəbini gətirməyi çalışmamağı söz verdi.
Lozanna müqaviləsi
Lozanna müqaviləsi — 1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan müqavilə. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı. Birinci dünya müharibəsini məğlub bitirənlər arasında olan Osmanlı Türkiyəsi faktiki olaraq suverenliyini itirmişdi. 1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış Sevr müqaviləsinə əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan iddiası ləğv edilmişdi. Amma Yunanıstandan başqa, heç bir dövlətin müqavilənin şərtlərini tanımaması "Lozanna" konfransının çağırılmasına səbəb oldu. 8 ay davam edən mübahisələrdən sonra nəhayət 1923-cü il iyulun 24-də tarixi "Lozanna" müqaviləsi bağlandı. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi.
Mudros müqaviləsi
Mudros müqaviləsi – 30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış sülh müqaviləsi. Müqavilə Lemnoos adasının Mudros limanında ingilis hərb gəmisi "HMS Agamemnon" gəmisində imzalanmışdır. Müqavilənin şərtlərinə görə Osmanlı dövləti Birinci dünya müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilmişdir. == Tələt paşa hökumətinin istefası == Birinci Dünya müharibəsi davam edərkən, 1918-ci ilin yay aylarında Osmanlı dövləti və müttəfiqləri Almaniya, Avstriya-Macarıstan İmperiyası və Bolqarıstan, döyüş cəbhələrində ağır məğlubiyyətlərə uğrayaraq böyük torpaq sahələri itirmişdilər. Bolqarıstan 15 sentyabrda Makedoniya cəbhəsində faciəvi bir məğlubiyyətə uğradı və Antanta Dövlətləri ilə 29 sentyabrda barışıq imzaladı. Beləliklə, Osmanlı Dövlətinin, müttəfiqləri ilə qurudan əlaqəsi kəsilmiş oldu. Cənub cəbhəsinin süqutu nəticəsində işğal təhlükəsi ilə üz-üzə qalan Avstriya-Macarıstan imperiyası da 5 oktyabrda İtaliyada qalib dövlətlərlə barışıq imzaladı. Almaniya isə 11 noyabrda Fransada barışığa imza atdı. Müharibənin sona çatmasının hiss olunduğu bir dövrdə, Ənvər paşa Şərq Orduları qrupu Komandanı Xəlil paşaya göndərdiyi məxsusi əmrdə belə deyirdi: "Mövcud vəziyyətdəki dəyişiklik səbəbi ilə, ehtimal ki, bizdən sonra gələcək kabinet, Azərbaycan və Şimali Qafqazın boşaldılması şərtini qəbul edəcək və yerinə yetirəcək. Əvvəlcə yazdığım kimi, Nuru (Nuru paşa), orada özü ilə işləmək üçün qalacaq zabit, serjant və birlikləri, indidən elə hazırlasın ki, boşaltma əmrindən sonra da fasiləsiz çalışmaq üçün qala bilsin." Müharibə boyunca Osmanlı Dövlətini sövq və idarə edən, orduları istiqamətləndirən İttihad və Tərəqqi Partiyası və hökumət başçıları Tələt, Ənvər və Cəmil paşalar, müharibənin gedişatından ümidlərini kəsmişdilər.
Nabur müqaviləsi
Nabur müqaviləsi — Rusiya ilə Osmanlı imperiyası arasında sərhədləri dəqiq formada müəyyən etmək üçün bağlanmış müqavilə. == Arxa plan == Rusiya imperiyası yeni əldə etdiyi torpaqlardan istədiyi və planladığı gəliri götürə bilmədi. I Pyotrun sağlığında bunu dilə gətirməyə çəkinən rus məmurları onun ölümündən sonra bu fikri dilə gətirməyə başladılar. Lakin Rusiya imperiyası Xəzər sahili vilayətlərdən birbaşa olaraq da çıxa bilmirdi. Çünki onların çıxacağı halda bu yerlər Osmanlı imperiyası tərəfindən ələ keçiriləcəkdi. Bu isə Rusiyaya heç sərf etmirdi. Bu torpaqların mərkəzi Səfəvi hakimiyyətinə geri qaytarılması fikri də inandırıcı görünmürdü. Çünki paytaxtı ələ keçirən əfqan üsyançıları faktiki olaraq Səfəvi hakimiyyətinə son qoymuşdular. Məhz buna görə də Rusiya hökuməti Xəzərboyu əyalətlərdən hələlik əl çəkmirdi. Osmanlının gələcəkdə həmin yerləri zəbt etməməsi üçün Rusiya hökuməti İstanbul müqaviləsinin Ģərtlərini yerinə yetirmək qərarına gəldi və Osmanlı hökumətini sərhəd məsələlərinin həlli məqsədilə danışığa dəvət etdi.
Nankin müqaviləsi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840–1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. == Tarixi == Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Naxçıvan müqaviləsi
Naxçıvan müqaviləsi – 3 oktyabr 2009-cu il tarixində IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran müqavilədir. == Haqqında == Müqavilənən əsas məqsədi iştirakçı dövlətlər arasında əməkdaşlığın artırılmasıdır. Bu müqavilə ilə Türk Şurası adında beynəlxalq təşkilatın qurulmasına qərar verilmişdir. Azərbaycan prezidenti İlham Əliyev ev sahibliyi etdiyi zirvədə Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev və Türkmənistan prezidenti köməkçisi Xıdır Saparliyev qatılmışdır. == Müqavilənin 10-cu ildönümü == Türk dövlətləri arasında əməkdaşlığın daimi təşkilatı olan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) təməli olan Naxçıvan Sazişi, məqsədinə bir addım yaxınlaşaraq 10-cu ilinə qədəm qoydu. Kenes tərəfindən qurulan Türkiyə, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan, bu gün təşkilatlara, Özbəkistanın tam üzvlərinə bağlanmış, Macarıstanddamüşahidəçi olaraq iştirak edərək, artıq 10-cu ilində daha güclü və təsirli bir beynəlxalq platformaya çevrildi. 1992-ci ildə qurulan Türkdilli ölkələr, 3 Oktyabr 2009-cu il tarixində Ankarada reallaşdırılan dövlət başçılarının zirvə görüşündə qurulan əməkdaşlıq, Azərbaycan, Qazaxıstanın Naxçıvan şəhərində ev sahibliyi etdi və Qırğızıstan prezidentlərinin qatıldığı toplantıda imzalanmış sənədlər daha çox rəsmi şəxsiyyət olaraq qəbul edildi. Daimi bir quruluş olan Türk Şurası quruldu. Türk Cümhuriyyətləri müstəqillik qazandıqdan sonra qardaş respublikalarla ikitərəfli və çoxtərəfli əməkdaşlığa verdiyimiz strateji əhəmiyyət çərçivəsində daha da həmrəylik, məsləhətləşmə və əməkdaşlıq istəyən Azərbaycan, Qazaxıstan və Qırğızıstan ilə Türk Şurasının yaradılması tarixi bir inkişaf idi. Ortaq tarix, mədəniyyət, dil, din və mənşədən qaynaqlanan güclü əlaqələri olan ölkələrimizi bir araya gətirən Türk Şurası Avrasiya coğrafiyasındakı əməkdaşlıq mexanizmlərini tamamlayacaq və bölgədəki əməkdaşlıq mühitinin inkişafına müsbət töhfə verəcəkdir.
Opsion müqaviləsi
Opsion müqaviləsi — (ingilis dilindən tərcümədə option - seçim) onun tərəflərinə alternativ (seçim) təqdim edən alətdir. Bu seçim şərtsiz olaraq müqavilə tərəflərinin birinə məxsus olur və digər kontragentin iradəsindən asılı deyildir. Məhz bu seçim imkanı üçün tərəflərdən biri digərinə opsion mükafatı (option premium) ödəyir. Yəni ödəyən şəxs seçim hüququnu (opsionu) əldə edir. == Haqqında == Opsion müqaviləsinə müxtəlif korporativ münasibətlərin tənzimlənməsində rast gəlmək olar. Opsion hüququnu müəyyən edən şərtlərə, əsasən, özəl investisiyalar (private equity), riskli kapital (venture capital) və investisiya yatırımları çərçivəsində bağlanan müqavilələrdə əks olunur. Almaniya hüququnda opsion müqaviləsi (optionsvertrag) geri çağırılmayan (geri götürülə bilməyən) oferta kimi qiymətləndirilir. Opsion müqaviləsinə bu yanaşma ABŞ hüququnda da var. Opsion müqaviləsi sahibkarların tam praktiki məqsədlərini güdür. Biznes sahibləri və investorlar opsion vasitəsilə öz kapitallarının və korporativ nəzarətin çevik idarəetmə imkanlarını əldə edirlər.
Paris müqaviləsi
Paris sülh müqaviləsi (1783)
Pasarofça müqaviləsi
Pojarevas sülh müqaviləsi və ya Pasarofça müqaviləsi — 1715-1718-ci il Osmanlı Avstriya-Venesiya müharibəsinə son verən, yuxarı Serbiya, Belqrad və Banat yaylasının Avstriyaya; Dalmasiya, Bosniya və Albaniya sahillərinin Venesiya Respublikasına verilməsi və Peloponnesin Osmanlılarda qalması kimi müddəaları özündə əks etdirən 21 iyul 1718-ci ildə imzalanmış müqavilədir. Müqavilə, Osmanlı sultanı III Əhmədin (1703-1730) zamanında, Serbiyanın Pasarofça ərazisində imzalandı. == Osmanlı-Venesiya müharibəsi == Venesiyalılar Karlovitsa müqaviləsinin müddəalarını tamamilə pozaraq Çernoqoriya üsyanını təşviq edib, üsyançılara kömək etdiyinə görə və İstanbul-Misir səfərləri edən Osmanlı ticarət və həcc gəmilərinə hücum etdiyinə görə, 1715-ci ildə silahdar Əli Paşa Venesiya Respublikasına müharibə elan edərək Peloponnes səfərinə çıxdı. Bu səfəri Korinf, Anapoli, Modon, Koron, Navarin qalalarını fəth edərək qələbəylə nəticələndirdi. Ancaq Venesiya Respublikasının birliyi olan Avstriya Karlovitsa müqaviləsinə uyğun olaraq Peloponnesin Venesiyalılara qaytarılmasını tələb etdiyi üçün Avstriyaya qarşı müharibə başladı. == Osmanlı-Avstriya müharibəsi == Sədrəzəm silahdar Əli Paşanın komandanlığı altında Osmanlı ordusu Macarıstana girdi. Petrovaradin müharibəsində Savoy şahzadəsi Eugenin komandanlığı altında olan Avstriya ordusu Osmanlı qüvvələrini məğlub etdi (5 avqust 1716) və sədrəzəm silahdar Əli Paşa şəhid oldu. Bu məğlubiyyətdən sonra Osmanlı İmperiyasının Macarıstandakı son torpaqları olan Banatdakı Timişoara qalası da yıxıldı. Osmanlı ordusunda olan dağılma ilə dağınıq və nizamsız qoşunlar Belqrada geri çəkildi. Ədirnə və İstanbulda çaxnaşma yaşandı.

Digər lüğətlərdə